AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, ədbirdə aşağıdakı qərarlar qəbul olunub.
14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli” komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);
14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 72-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “İmişli” – “Qarabağ” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 86.3);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz” komandasının 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Kəpəz” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununun 74-cü dəqiqəsində “Sumqayıt” komandasının 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 3000 manat cərimə edilsin (maddə 45.1);
15 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Sumqayıt” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
14 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XVI turun “Sabah-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
14 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XVI turun “Sabah-2” – “Sumqayıt-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 24 nömrəli futbolçusu Emil Əmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
17 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XVI turun “Qarabağ-2” – “Qəbələ-2” oyununun 80-ci dəqiqəsində “Qarabağ-2” komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
17 fevral 2026-cı il tarixində Əvəzedicilər liqasında XVI turun “Qarabağ-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
12 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Ağcabədi FK oyununda Ağsu Siti komandasının heyətində N14 futbolçu Rəhim Cəfərov qarşılaşmanın 53-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
12 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Ağsu Siti-Ağcabədi FK oyununda Ağcabədi FK komandasının heyətində N9 futbolçu Elnur Ağayev qarşılaşmanın 53-cü dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
11 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Hacıqabul-Ucar FK oyunu Ucar FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Ucar FK komandasın 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən ŞKGB-Qobustan FK oyununda ŞKGB komandasının heyətində N4 futbolçu Elxan Mehdiyev qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qovlar FK-Bərdə FK oyunu bitdikdən sonra Qovlar FK komandasının N9 futbolçusu Əli İmamverdiyev rəqibə qarşı təcavüzkar davranışa görə növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Qovlar FK-Bərdə FK oyunu bitdikdən sonra Bərdə FK komandasının məşqçisi Zaur Əliyev rəqib futbolçunu təhqir etdiyi üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Dirçəliş FK oyununda Dirçəliş FK komandasının heyətində N13 futbolçu Elyas Talebi Oskouei qarşılaşmanın 7-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Xəzər(Ağcabədi) oyununda Hacıqabul komandasının heyətində N8 futbolçu Almaz Almazov qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Hacıqabul-Xəzər(Ağcabədi) oyununda Xəzər(Ağcabədi) komandasının heyətində N2 futbolçu Ağasif İsmayılov qarşılaşmanın 80-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda Olimpik Sabirabad FK komandasının heyətində N8 futbolçu Marif Quliyev qarşılaşmanın 64-cü dəqiqəsində əvəz olunduqdan sonra hakimi təhqir etdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda Sabirabad FK komandasının heyətində N7 futbolçu Cahangir Xələfli qarşılaşmanın 73-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda Sabirabad FK komandasının heyətində N6 futbolçu Beyrək Beybutlu qarşılaşmanın 83-cü dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə cəzalandırıldığı, bundan sonra hakimə fiziki təzyiq (itələmə, dartma) etdiyi üçün növbəti 8 (səkkiz) oyuna buraxılmasın. (Maddə 17.5 və 45.3)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda Sabirabad FK komandasının baş məşqçisi Şirxan Əkbərov meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün növbəti 8 (səkkiz) oyuna buraxılmasın. (Maddə 45.3 və 47.2)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda meydana kənar şəxs daxil olaraq hakimə təzyiq göstərdiyi üçün Sabirabad FK komandasına xəbərdarlıq edilsin (maddə 20)
14 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Sabirabad FK-Olimpik Sabirabad FK oyununda stadionda təhlükəsizlik təmin olunmadığına görə (3 polis nəfəri) qarşılaşma 84-cü dəqiqədə yarımçıq qaldığı üçün oyun saxlanıldığı vaxtdan davam etdirilsin. (Maddə 86)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK-Lənkəran FK oyununda Lənkəran FK komandasının heyətində N5 futbolçu Sabit Hüseynzadə qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Xıdırlı FK-Lənkəran FK oyununda Xıdırlı FK komandasının heyətində N3 futbolçu Ramil Paşayev qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Samur FK-Çinar Zəngilan FK oyunu Çinar Zəngilan FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Çinar Zəngilan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Ağsu Siti-İmişli Bələdiyyəspor oyunu İmişli Bələdiyyəspor komandasının təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İmişli Bələdiyyəsport komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Marafon İK-Şirvanovka FK oyununda Şirvanovka FK komandasının heyətində N20 futbolçu Elik Qədirağayev qarşılaşmanın 82-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Mərcanlı FK-Beyləqan FK oyununun 42-ci dəqiqəsində Mərcanlı FK meydandan çıxdığına görə yarımçıq qaldığı üçün Mərcanlı FK-ya texniki məğlubiyyət verilsin. (hesab olduğu kimi saxlanılsın) (Maddə 77.1)
14 fevral 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Turan Tovuz FK-Araz Naxçıvan PFK oyununda Turan Tovuz FK komandasının heyətində N57 futbolçu Tunar Muradov qarşılaşmanın 89-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün və oyun bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Madd 51.2 və 52.4)
12 fevral 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Şəfa FK-Neftçi PFK oyununda Neftçi PFK komandasının köməkçi məşqçisi Nicat Musatev qarşılaşmanın 90+9-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
12 fevral 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Sabah FK oyununda Sabah FK komandasının heyətində N4 futbolçu Aslan Məmmədzadə qarşılaşmanın 90+5-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
14 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Sumqayıt FK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N11 futbolçu Əli Musazadə qarşılaşmanın 14-cü dəqiqəsində köməkçi hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
14 fevral 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Qarabağ FK-Sabah FK oyununda Qarabağ FK komandasının heyətində N9 futbolçu Cavidan Əlizadə qarşılaşmanın 90+2-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
14 fevral 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Sumqayıt FK-Araz Naxçıvan PFK oyununda Sumqayıt FK komandasının heyətində N5 futbolçu Əmrah Əskərov qarşılaşmanın 69-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
15 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan Ağdam FK-Kürdəmir FK oyununun Kürdəmir FK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
15 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Araz Bakı FK-Mübariz FA oyununda Araz Bakı FK komandasının heyətində N11 futbolçu Sadiq Teymurzadə qarşılaşmanın 61-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
14 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan MOİK PFK-Yasamal Bakı oyununun Yasamal Bakı komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Yasamal Bakı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
14 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Marafon İK-Şəfa FK oyununda Marafon İK komandasının heyətində N17 futbolçu Raul Əlizadə qarşılaşmanın 75-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
14 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Marafon İK-Şəfa FK oyununda Marafon İK komandasının heyətində N9 futbolçu Tayyib Yusifli qarşılaşmanın 75-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
14 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Marafon İK-Şəfa FK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində Şəfa FK komandasının heyətində N19 futbolçu Əli Əlisoy təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
14 fevral 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Marafon İK-Şəfa FK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində Şəfa FK komandasının heyətində N9 futbolçu Yusif Əliyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Alanyaspor Baku-Göztəpə Bakı oyununda Göztəpə Bakı komandasının baş məşqçisi Erdal Akarçay qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olaraq hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 47.2 və 52.4)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Alanyaspor Baku-Göztəpə Bakı oyununda qarşılaşmanın 59-cu dəqiqəsində Göztəpə Bakı komandasının heyətində N9 futbolçu Ziya Keşab hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.4)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Alanyaspor Baku-Göztəpə Bakı oyununda Göztəpə Bakı komandasının meydanı tərk etməsi və oyunun yarımçıq dayandırıldığı, komandanın azarkeş və valideynləri tərəfindən hakimləri vurmağa cəhd edildiyi və hədə-qorxu gəlindiyi üçün Göztəpə Bakı komandasına xəbərdarlıq edilsin (maddə 20)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Ələt FK-Polad FK oyununda Ələt FK komandasının heyətində N38 futbolçu Cavidan Abdullazadə qarşılaşmanın 55-ci dəqiqəsində təcavüzkar davranışa görə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Ələt FK-Polad FK oyununda qarşılaşmanın 55-ci dəqiqəsində Polad FK komandasının heyətində N5 futbolçu Sadiq İsgəndərli təcavüzkar davranışa görə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
15 fevral 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Ələt FK-Polad FK oyununda qarşılaşmanın 22-ci dəqiqəsində Polad FK komandasının koordinatoru Rəşad Murad meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 47.2)
15 fevral 2026-cı il tarixində AFFA U-10 Liqasında keçirilən Dostluq FK-ROFM oyununda Dostluq FK komandasının məşqçisi Namiq Həsənov qarşılaşmanın 7-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)
14.02.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors-Sabah FK” oyununun 75-ci dəqiqəsində Baku Juniors komandasının 9 N-li oyunçusu Umnisə Əliyeva rəqibin ayağına bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti 3 oyuna buraxılmasın (maddə 45.1)