Millimiz UEFA turnirində iştirak edəcək
09.10.2026 - 17:27
Millimiz UEFA turnirində iştirak edəcək

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayacaq.

Apasport.az xəbər verir ki, U-15 yığmamız oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Toplanışın ardından milli komanda Maltaya yollanacaq.

Yığmamız oktyabrın 19-dan 27-dək bu ölkədə təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.