AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni və bundan əvvəl baş tutan imtahanda uğursuz nəticə göstərmiş əməkdaşlar üçün onlayn formatda təkrar imtahan keçirilib.
Apasport.az xəbər verir ki, ilk olaraq Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar.
Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, lisenziya qaydalarına əsasən, Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata yiyələnməlidir.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib