AFFA U-13 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Apasport.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanan “Ulduz” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Sabah” və “Neftçi“ komandaları üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Sabah” çempion olub. “Neftçi” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Ulduz” bürünc, “Neftçi” gümüş medalla, “Sabah” qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Göztəpə Bakı”dan Fateh Əliyev, U-9 Liqasında “Flaqman”dan Yusif Mustafalı, U-13 Liqasında isə “Neftçi”dən Əkbər Nağıyev feyr-pley mükafatçısı seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
- Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB