[b]Afrika üçün DÇ-2018 başa çatdı[/b]
28.06.2018 - 21:08
[b]Afrika üçün DÇ-2018 başa çatdı[/b]

Seneqalın DÇ-2018-in Kolumbiyayla oyununda 0:1 hesabı ilə uduzması ilə Afrika üçün mundial başa çatıb. Apasport.az saytının məlumatına görə, qitəni 1/8 finalda təmsil etmək şansını sonadək saxlayan seneqallılar feyr-pley xalları ilə qrup üçüncüsü olub.

 

Mərakeş, Tunis, Nigeriya və Misirin ardından mundialı başa vuran Seneqal yığması Afrikanın son ümidi idi. Onlar 1/8 finala yüksəlməyincə 32 illik ənənə qırılıb.

 

Belə ki, 1986-cı ildən başlayaraq hər mundialda ən azı bir Afrika təmsilçisi qrupdan çıxmağı bacarırdı. 8 çempionatlıq seriya Rusiyada qırılıb.