“Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub”.
Apasport.az xəbər verir ki, bu sözləri AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib:
“Azərbaycan Milli Antidopinq Agentliyi hər il beynəlxalq konfrans keçirir. Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub. Konfransa çoxlu xarici ekspertlər dəvət olunub və onlar öz təcrübələrini bizimlə bölüşürlər. AMADA 12 əsas beynəlxalq tərəfdaş – WADA, UNESCO, NADA Germany, POLADA, ITA, iNADO və digər qurumlarla sıx əməkdaşlıq edir. Qurumun nümayəndələri CAHAMA, T-DO, iNADO və WADA tədbirlərində mütəmadi iştirak edir, həmçinin POLADA və NADA Germany ilə əməkdaşlıq memorandumu imzalanıb. Bundan əlavə, 2026-cı ildə WADA Avropa Simpoziumu Bakıda keçiriləcək. Bu tədbirlər Azərbaycanın antidopinq sahəsində qlobal mövqeyini daha da möhkəmləndirəcək”.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib