Almaniyanın Milli Antidopinq Agentliyi (NADA Almaniya) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb.
NADA Almaniya AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) “WADA Partner Proqramı” çərçivəsində ötən il NADA Almaniya və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar