“Araz-Naxçıvan”dan yeni transfer
14.02.2026 - 10:50
"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu Naxçıvan klubunun mətbuat xidməti açıqlayıb.
Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.
24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.
0
0