"Araz-Naxçıvan" futbolçu Rəşad Həsənovla anlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyinəcək.
Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. "Keşlə", "Şamaxı" və "Zirə-2" klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi