“Çempionata qələbə ilə başlamaq zəruri idi. Baxmayaraq ki, rəqiblərimiz xal itirmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.
O, DÇ-2018-in Nigeriya ilə oyunundakı 2:0 hesablı qələbəni şərh edib: “Ümid edirəm ki, bu qələbə bizi qanadlandıracaq və daha yaxşı oynamaqda davam edəcəyik. Biz lazım olan anda hesabı açdıq. Bundan sonra nisbətən asan oldu. Nigeriya yaxşı komandadı və növbəti oyunlarda xallar qazanacaq. Bizim Argentina ilə görüş asan olmayacaq. Favoritə qarşı oynasaq da, onların güclü tərəflərini bilirik. Bugünkü qələbə bizdə özünəinamı artırdı. Düşünürəm ki, Argentinadan xal ala bilərik. Onlar İslandiya ilə qarşılaşmadakı itkini gözləmirdi”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək