AÇ: Millimiz qrup mərhələsində son oyununa çıxacaq
11.08.2026 - 11:35
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsinin son oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, millimiz İsveç yığması ilə qarşılaşacaq.
Yarımfinala vəsiqə uğrunda mübarizə baxımından mühüm əhəmiyyət daşıyan görüş avqustun 11-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşma Slovakiyanın Pieştani şəhərində keçiriləcək.
0
0