
"Ardıcıl 3 məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü, müəyyən eniş yaşana bilər. Əsas da özünəinamın azalmaq ehtimalı böyükdür".
Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın "Bodo-Qlimt"lə matçdakı şanslarını dəyərləndirib: "Qarabağ" təcrübəli klubdur. Ağdamlılar artıq uzun müddətdir ki, bu tip yarışlarda iştirak edir. "Bodo-Qlimt"lə matça genidönüş kimi baxmaq olar. Qazanılan qələbə "Qarabağ" üçün təkan olacaq. Təbii ki, Qurban Qurbanovun komandası da bu oyuna elə baxır. Hava şəraiti və meydançanın süni olması təmsilçimizə çətinlik yaradacaq. Lakin bilirik ki, "Qarabağ" belə vəziyyətlərdən çıxmağı bacarır. Ümid edirəm ki, ağdamlılar qələbə qazanacaq. Ən azından komanda heç-heçə ilə xal hesabını açmağa qadirdir".
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Bodo-Qlimt" - "Qarabağ" matçı bu gün saat 21:45-də start götürəcək.
İsmayıl Xeyrullayev
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- “Araz-Naxçıvan” “Trabzonspor”u məğlub edib - YENİLƏNİB
- “Trabzonspor”un futbolçusu "Araz Naxçıvan"la görüşdə zədələnib.
- Rafael Utziq Azərbaycana qayıtdı, Rəşad Sadıqov cəzalandırdı - ÖZƏL
- “Neftçi”nin yeni mövsüm formaları satışa çıxarılıb