UEFA Millətlər Liqasında V turun növbəti qarşılaşmaları keçirilib.
Apasport.az xəbər verir ki, gün ərzində A, B, C və D liqalarında ümumilikdə 10 oyun baş tutub.
Azərbaycan millisi D Liqasının II qrupunda səfərdə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib. Mahir Emrelinin vurduğu qol yığmamıza qələbə qazandırıb.
Günün diqqətçəkən görüşlərindən birində Almaniya millisi səfərdə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. Niderland isə doğma meydanda Yunanıstanı darmadağın edib – 7:0.
B Liqasında Şotlandiya Şimali Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib, Sloveniya – İsveçrə matçında isə qapılara qol vurulmayıb.
C Liqasında Moldova Qazaxıstanı 2:1, İslandiya Bolqarıstanı 5:0, Estoniya Lüksemburqu 1:0 hesabı ilə məğlub edib. Slovakiya – Farer adaları görüşü isə 2:2 hesabı ilə başa çatıb.
D Liqasının digər matçında Andorra Cəbəllütariqi 2:0 hesabı ilə üstələyib.
UEFA Millətlər Liqası, V tur
13 noyabr
A Liqası
23:45. Serbiya – Almaniya 1:3
23:45. Niderland – Yunanıstan 7:0
B Liqası
23:45. Şotlandiya – Şimali Makedoniya 2:1
23:45. Sloveniya – İsveçrə 0:0
C Liqası
21:00. Moldova – Qazaxıstan 2:1
23:45. Slovakiya – Farer adaları 2:2
23:45. Bolqarıstan – İslandiya 0:5
23:45. Lüksemburq – Estoniya 0:1
D Liqası
23:45. Andorra – Cəbəllütariq 2:0
23:45. Lixtenşteyn – Azərbaycan 0:1