"Arsenal" - "Liverpul" oyununda dava düşüb - FOTO
09.01.2026 - 11:51
"Arsenal" - "Liverpul" oyununda dava düşüb - FOTO

"Arsenal"ın hücumçusu Qabriel Martinelli İngiltərə çempionatının 21-ci turunda "Liverpul"la oyunda (0:0) davaya səbəb olub.

Apasport.az xəbər verir ki, matçın sonlarında Martinelli "Liverpul"un müdafiəçisi Konor Bredlini meydandan itələyib. Bu, digər oyunçular arasında mübahisəyə səbəb olub.

Bredli isə meydanı xərəkdə tərk edib.