“Feyenoord”un sabiq futbolçusu vəfat edib
12.10.2026 - 11:32
“Feyenoord”un sabiq futbolçusu vəfat edib

Niderlandın “Feyenoord” klubunun sabiq qapıçısı Henk van der Biyl 101 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Rotterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş qolkiper gecə saatlarında dünyasını dəyişib.

Van der Biyl 1940–1950-ci illərdə “Feyenoord”un heyətində 210 oyuna çıxıb. O, futbolçu karyerasını başa vurduqdan sonra biznes fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Henk van der Biyl 1958-ci ildə futbolçu karyerasını başa vurub. O, vəfatına qədər “Feyenoord”un həyatda olan ən yaşlı sabiq futbolçusu idi.