“Təməldən təfərrüata” kitabı Azərbaycan İdman Akademiyası ilə Avstriyanın “Complex Core+” təşkilatının birgə layihəsidir.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev deyib.
O, kitabın məzmunu haqqında danışaraq bildirib: “Kitab 25 simptom üzrə insan bədəninin strukturu və çətinlik səviyyələrinə uyğun şəkildə sistemləşdirilmiş 600-dən çox reabilitasiya və bərpa hərəkətindən ibarətdir”.
Rektor qeyd edib ki, kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında hərbi qulluqçuların və qazilərin reabilitasiya prosesinin həyata keçirilməsi sevindirici haldır.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib