Atıcılarımız Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19.04.2024 - 14:21
Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.
Apasport.az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev yarışda qüvvələrini sınayacaqlar.
Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0