Atıcımız Dünya Kubokunda bürünc medal qazanıb
30.10.2025 - 17:34
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, o, 215 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançı noyabrın 5-də yekun vurulacaq yarışda 50 (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.
Qeyd edək ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0