21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən yoldaşlıq görüşündə 1:3 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:
“Məğlubiyyət üzücü oldu. Ancaq belə oyunların təşkili bizim üçün vacibdir. Futbolçularımız səfər matçlarında yerli azarkeşlərin təzyiqi altında çıxış etməyə öyrəşməlidirlər. Belarus millisinin öz meydanında daha yaxşı oynamağa çalışacağını gözləyirdik. İlk 35 dəqiqədə bizdə hər şey alınırdı. Qol vurduq, ikinci qol üçün şansımız oldu. Təəssüf ki, Raul Məmmədovun zədələnməsindən sonra birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlüyə yiyələndi və iki qol vurdu. İkinci hissədə nələrisə dəyişmək və hamıya şans vermək istədik. Belədə istər-istəməz temp aşağı düşür. Bizim üçün bir sınaq idi, bundan nəticə çıxaracağıq. Səhvlərimiz üzərində işləyərək Monteneqro ilə qarşıdakı görüşə hazırlaşacağıq. İlk 35 dəqiqədəki yüksək templi oyunumuz gələcək üçün ümid verdi”.
Qeyd edək ki, U-21 iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə yoxlama görüşü keçirəcək.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib