“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Gəncəbasar”la keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi yoxlama görüşündə rəqibini 4:2 hesabı ilə məğlub edib.
Məmmədov bildirib ki, bu qarşılaşma “Qarabağ”la təxirə salınan oyunun yerini doldurmaq məqsədi daşıyıb:
“Çempionat artıq başlayıb və II tur çərçivəsində keçirilməli olan “Qarabağ”la oyunumuz təxirə salınıb. Biz də həmin matçın yerini doldurmaq istəyirdik. Yaxşı oyun alındı. Əsas məqsəd komandanın formadan düşməməsi və qarşılaşmanı zədəsiz başa vurmaq idi.
Düzdür, bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də riskə getməyib onları meydana buraxmadıq. İstirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar”.
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
- “Kəpəz” yoxlama oyununda qalib gəldi