Azərbaycan idmançısı Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, ölkəmizə ilk medalı cüdo yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əliyev qazandırıb.
O, finalda braziliyalı Pedro Dantasa məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə Deflimpiya Oyunlarında gümüş medal qazanıb.
Mükafatlandırma mərasimində idmançımıza medal Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin Vitse-prezidenti Yutaka Osuqi tərəfindən təqdim edilib.
Bununla da Coşqun Əliyev Tokio-2025 Yay Deflimpiya Oyunlarında komandamıza ilk medal qazandıran idmançı olub.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb