Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq.
Apasport.az xəbər verir ki, İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova fevralı 7-14-ü aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək dünya çempionatında 2 kateqoriyada çıxış edəcək.
İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçımız Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaq.
Qeyd edək ki, İbrahim Əliyevlə Zəhra Salmanlı bu ilin oktyabrında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atmışdılar.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar