Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
07.12.2025 - 17:21
Azərbaycan kamandan oxatanları Rusiyanın Çita şəhərində keçirilən "Vladimir Eşeeyev mükafatı" üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimizdən Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova yüksək nəticə göstəriblər.
Onlar 15 ölkənin iştirak etdiyi yarışda güclü rəqiblərlə mübarizədə fərqlənərək üçüncü yerə sahib olublar.
Qeyd edək ki, yarış dekabrın 4-dən 7-dək keçirilib.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0