
Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində üçüncü yarış gününə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu dəfə gənc oğlan və qız sablyaçıların komanda yarışında qaliblər müəyyənləşib.
Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb. Oğlan sablyaçılarımız ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.
Fərəh Abasova, Leyla Əhmədova, Zərifə Hüseynova və Valentina Zeynalovadan ibarət sablya komandamız isə qızların komanda yarışında ilk görüşünü qalib başa vurub. Komandamız honkonqlu rəqiblərini 45:37 hesabı ilə məğlub edib. Ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzan yığmamız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin komandasına 28:45 hesabı ilə məğlub olub. Ardınca Misir millisinə 31:45 hesabı ilə uduzan qız sablyaçılarımız sonuncu görüşdə Qazaxıstan təmsilçilərinə 45:41 hesabı ilə qalib gələrək ümumi sıralamada 15-ci olub.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb