Azərbaycan millisi Şotlandiyaya qarşı - YENİLƏNİR
14.10.2025 - 09:13
Azərbaycan millisi Şotlandiyaya qarşı  - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Apasport.az xəbər verir ki, yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Liv Bona Dea Arena", saat 19:00-da start götürəcək.

Qeyd edək ki, B qrupunda Portuqaliya komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.