Azərbaycan millisinin Bolqarıstan sınağı
20.11.2025 - 12:32
Azərbaycan millisinin Bolqarıstan sınağı

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq. Millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, qarşılaşma Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək.

Qeyd edək ki, milli İnkişaf Turnirində ilk oyunda Monteneqroya uduzub – 0:1.