Millimiz Şimali Makedoniya və Lüksemburq ilə oyunların hazırlıqlarına başlayıb
20.11.2025 - 11:19
Millimiz Şimali Makedoniya və Lüksemburq ilə oyunların hazırlıqlarına başlayıb

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün ilkin heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, komanda bu matçlara hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına başlayıb.

Baş məşqçi Tahir Baxşıyevin dəvət göndərdiyi oyunçular: Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Tariyel Yusifzadə, Ramazan Qarayev, Hüseyn Qaflanov, Saadettin Donat, Cəbrayıl Əkbərov, Ulaş Turqut, Emmanuel Aqbason, İmayıl Abdullayev, Derin Berkoz, Hüseyn Məmmədov, Ercan Donat, Məhəmməd Hüseynli, Səid İsmayılov, Rəşid Abbasov, Endər Poladxanlı.

Vesli Van Bek isə millinin heyətinə Şimali Makedoniyada qoşulacaq. Hazırlıq prosesinin yekununda məşqçilər korpusu tərəfindən 12 basketbolçu millinin əsas heyətinə cəlb olunacaq.

Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.