Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
06.07.2026 - 18:13
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində 13 saat fasiləsiz üzərək, əvvəlki rekordunu yeniləmiş Cəmil Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) qonağı olub.
Apasport.az xəbər verir ki, ona baş katib Oqtay Atayev tərəfindən müvafiq sertifikat və federasiya adından hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Quba sakini olan Cəmil Əliyev bundan öncə, mart ayında fasiləsiz 10 saat üzərək, Azərbaycan rekorduna imza atmışdı.
Hər iki rekord Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən rəsmi şəkildə qeydə alınıb.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0