Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib.
Apasport.az xəbər verir ki, bu barədə qərar AÜF-ün Gənclər və İdman Nazirliyinin inzibati binasındakı ümumi yığıncağında qəbul edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Baş tutmuş səsvermənin nəticələrinə əsasən növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonda Zaur Əliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib. Federasiyanın sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO