Azərbaycanın fiqurlu konkisürəni Nərgiz Süleymanova ilk dəfə olaraq Avropa çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə Qış İdmanı Növləri Federasiyası məlumat yayıb.
İdmançı vəsiqəni 27-30 noyabrda İstanbulda keçirilən "Bosphorus Cup" adlı yarışda qısa və sərbəst proqram üzrə çıxışı zamanı əldə edib.
Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medala sahib olub.
Digər fiqurlu konkisürən Səbinə Əliyeva öz rəqibləri arasında 137.22 xal toplayaraq 6-cı yerə, Arina Kalugina isə 154.85 xalla 5-ci yerə sahib olublar.
Qeyd edək ki, Avropa Çempionatında ilk dəfə azərbaycanlı idmançı iştirak edəcək. Bundan əvvəlki Avropa çempionatında ölkəmiz legionerlərlə təmsil olunub.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar