Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək
28.05.2026 - 15:56
Azərbaycanın yelkən komandası iyunun 4-dən 6-dək Türkiyənin Urla şəhərində "Pro Sailing Optimist Cup" beynəlxalq reqatasında mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, komanda yarışda 5 idmançı ilə təmsil olunacaq.
Furkan Mustafayev, Kamal Bəşirli, Səma Mansurzadə, Amira Bayramova və Kamilla Həsənova reqatada mükafatçılar sırasında yer almağa çalışacaqlar.
Komandanın rəhbəri Burcu Alqon Corciani, məşqçisi isə Panaqiotis Papadakisdir.
Qeyd edək ki, yelkənçilər mayın 30-dan etibarən Urla şəhərində yarışa hazırlıq məqsədi ilə təlim-məşq toplanışına başlayacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0