“Jirkovun çox güman ki son oyunudu. Yəqin onu finala hazırlayacağıq”. Apasport.az saytının xüsusi müxbiri Fərid Əkbərovun məlumatına görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov deyib.
DÇ-2018-in 1/8 final mərhələsində İspaniya ilə qarşılaşan meydan sahibləri əsas vaxtı 1:1 başa çatan oyundan penalti seriyasında qalib ayrılaraq 1/4 finala yüksəlib.
Matçdan sonra mətbuat konfransı keçirən Çerçesov fikirlərini bölüşüb: “Komandanın hazırlığından məmnunam. Futbolçular üzərilərinə düşən funskiyanı yerinə yetirdilər. Mən onlardan razıyam. O ki qaldı ispanlara, hər zaman yaxşı ən yaxşılardandılar. Bugünkü qarşılaşma göstərdi ki, futbolçularımız ağıllı oynayırlar. Bundan qabaq ispanlar bizi dünya və Avropa çempionatında 2 dəfə məğlub etmişdilər. Düzgün taktika ilə çıxış etdik. Başqa cür oynasaydıq, uduzardıq. Futbolçularım kişi kimi çıxış etdilər”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək