"Bavariya"dan Musiala açıqlaması
06.07.2025 - 18:17
"Bavariya"dan Musiala açıqlaması

Xəbər verdiyimiz kimi, Camal Musiala Klublararası Dünya Çempionatının 1/4 finalında "Bavariya" və PSJ arasında keçirilən oyunda ciddi zədə alıb və fasilədə əvəzlənməli olub.

Apasport.az xəbər verir ki, Almaniya çempionunun həkimləri tərəfindən aparılan müayinələr nəticəsində məlum olub ki, hücumameyilli yarımmüdafiəçinin ayaq biləyinin sınması və çıxması ilə əlaqədar fibula sınığı var.

22 yaşlı futbolçu tezliklə əməliyyat olunacaq.

Zədəsi ciddi olan Musiala uzun müddət yaşıl meydanlardan kənərda qalacaq.