Birinci Liqa: Daha 3 oyun keçiriləcək
16.10.2025 - 11:18
Birinci Liqa: Daha 3 oyun keçiriləcək

Azərbaycan I Liqasında V turun növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, bu gün daha üç görüş baş tutacaq.

İddialılardan “Mingəçevir” “Şimal”ı qəbul edəcək. “Şahdağ Qusar” “Difai”nin, “Cəbrayıl” MOİK-in qonağı olacaq.

Azərbaycan I Liqası

V tur

16 oktyabr

14:30. MOİK – “Cəbrayıl”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov
Binə qəsəbə stadionu

14:30. “Mingəçevir” – “Şimal”
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

14:30. “Difai” – “Şahdağ Qusar”
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov
Ağsu şəhər stadionu