"Sumqayıt" "Sabah"ın sabiq oyunçusu ilə güclənib
16.10.2025 - 12:51

"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib.
Apasport.az xəbər verir ki, 45 yaşlı oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad Niftəliyev "Sabah"ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.
0
0