"Karvan"dan bərabərlik, "Qəbələ" səfərdə məğlub oldu - YENİLƏNİB
18.04.2025 - 18:37
"Karvan"dan bərabərlik, "Qəbələ" səfərdə məğlub oldu - YENİLƏNİB

Bu gün Birinci Liqada XXII turun oyunlarına yekun vurulub. 

Apasport.az xəbər verir ki, günün ilk oyunu paytaxtda keçirilib.

MOİK Binə qəsəbə stadionunda "Karvan"ı qəbul edib. Matç saat 16:00-da start götürüb.

Görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Növbəti qarşılaşma isə İmişli şəhər stadionunda baş tutub. "İmişli" evdə "Qəbələ" ilə üz-üzə gəlb. Qonaqlar 0:1 hesabı ilə məğlub olublar.

Birinci Liqa

XXII tur

17 aprel (cümə axşamı)

16:00. MOİK - "Karvan" 1:1

16:30. "İmişli" - "Qəbələ" 1:0