"Qarabağ"ın çempionluq, "Neftçi"nin uğursuzluğa son qoymaq arzusu - YENİLƏNİR
19.04.2025 - 18:03
"Qarabağ"ın çempionluq, "Neftçi"nin uğursuzluğa son qoymaq arzusu - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasının XXXI turu çərçivəsində mövsümün ən maraqlı oyunlarından biri keçiriləcək.

Apasport.az xəbər verir ki, “Qarabağ” öz meydanında əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək.

Görüş saat 20:00-da start götürəcək. Derbinin baş hakimi Elçin Məsiyev olacaq.

Qurban Qurbanovun yetirmələri bu oyunda qələbə qazanaraq çempionluğunu rəsmiləşdirmək istəyir.​ Samir Abasovun komandası isə bu mövsüm avrokuboklara vəsiqə qazanmaq üçün mübarizəsini davam etdirir və bu oyunda qələbə qazanmaqla mövqeyini yaxşılaşdırmaq niyyətindədir.

Misli Premyer Liqası
XXXI tur

19 aprel

20:00 "Qarabağ" – "Neftçi"
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu