Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, 10 gün davam edəcək hazırlıq Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) qatılıblar.
Qeyd edək ki, toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq məqsədi daşıyır.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar