[b]“Bu gün ən güclü Argentinanı görəcəksiz” - Sampaoli iddialı danışdı[/b]
26.06.2018 - 13:19
[b]“Bu gün ən güclü Argentinanı görəcəksiz” - Sampaoli iddialı danışdı[/b]

“Nigeriya ilə oyun həyati əhəmiyyət kəsb edir. Çünki bizim kimi rəqibin də növbəti mərhələ şansı olduğundan əllərindən gələni edəcəklər”. Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin baş məşqçi Xorxe Sampaoli deyib.

 

O, DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Vəziyyətlərinin ürəkaçan olmadığını deyən Sampaolinin sözlərinə görə, bu gün baş tutacaq görüşdə azarkeşlər ən yaxşı komandanı izləyəcəklər: “Yığmanın dünya çempionatına fərqli bir şəkildə davam edəcəyinə və 1/8 finala yüksəlmək üçün hər şey edəcəyinə tam əminəm. Xorvatiyaya məğlubiyyətdən lazımı nəticəni götürdüm. Ertəsi gün növbəti matçda mütləq qalib gələ biləcəyimizi düşündüyüm üçün Nigeriya ilə matça kökləndim. Əminəm ki, azarkeşlər ən güclü Argentinanı görəcəklər”.

 

Sampaoli mərhələ adlamaq üçün özünəinamın olmasının vacibliyindən də danışıb. O bildirib ki, növbəti qarşılaşmaların hamısında qalib gəlib, finalda oynamağı planlaşdırırlar.

 

Qeyd edək ki, qrupda qalma təhlükəsi ilə üzləşən Argentina bu gün Nigeriyaya mütləq qalib gəlməlidi. Onlar bunu bacaracaqları halda, Xorvatiya da İslandiyanı məğlub etməlidi.