[b]“Bu, mundialda son oyunumuz olmayacaq” - Modriç[/b]
07.07.2018 - 16:56
[b]“Bu, mundialda son oyunumuz olmayacaq” - Modriç[/b]

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 1/4 final mərhələsində bu gün Rusiya ilə keçiriləcək oyunu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu rəqibi tərifləyib.

 

Bununla belə, Modriç yarımfinala adlayacaqlarından əmin danışıb: “Rusiya turnirin ev sahibidi. Çox güclü və mübarizə aparan komandadı. Onlar bunu İspaniya ilə görüşdə sübut etdilər. İspaniya önündə şansları az olsa da, bunu bacardılar. Azarkeşlərinin də dəstəyi ilə penaltilər seriyasında qalib gəldilər. Oyun ərzində çox hərəkətli olurlar. Heç kim Rusiyanı 1/4 finalda görmürdü. Onlar buna layiq idilər. Xorvatiyanı çətin oyun gözləyir. Danimarka ilə matçdan daha yaxşısını etməliyik. Əminəm ki, bizdə bu alınacaq. İnanıram ki, bu, Xorvatiyanın mundialda son oyunu olmayacaq”.

 

Qeyd edək ki, Rusiya – Xorvatiya görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.