“Bizim plan var idi. Bu planı 6 ay öncə işləmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio deyib.
O, DÇ-2018-in Almaniya ilə matçındakı 1:0 hesablı qələbənin sirrini açıqlayıb: “Lakin sonradan zədələr oldu. Buna baxmayaraq iki sürətli cinah oyunçusu ilə mübarizə apardıq ki, onlardan biri qol vurdu. Biz rəqibə əks-hücumlarda çox sayda çətin anlar yaşatdıq. İlk yarıda oyunu diqtə edirdik. Bilirdik ki, rəqib hücuma qayıtmaq istəyəcək. Az qala ikinci qolu da vuracaqdıq. Çox məmnunam. Gənc oyunçularımız Meksika futbolunun gələcəyidi. Bu qələbəni bürün meksikalı azarkeşlərə həsr edirik. Onlar buna layiqdi. Biz mərdliklə və ürəklə irəli getdik və müdafiədə eyni cür mübarizə apardıq”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək