“Biz həmişə meydana qələbə üçün çıxırıq. Bu üzdən də nəticədən üzgünük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli deyib.
O, DÇ-2018-in İslandiya ilə görüşündəki 1:1 hesablı bərabərliyə şərh verib: “Biz qələbəyə köklənmişdik. Lakin rəqibin çox yaxşı təşkilatlanmış müdafiə xətti var. Biz də üstünlüyü qollara çevirə bilmədik. Mundial yeni başlayıb. Bundan dərs götürəcəyik. Güclü olmalıyıq. Hər yeni oyun əvvəlkindən fərqlənir. Buraxılan qolu analiz edəcəyik. Müdafiədə çox oyunçumuz olsa da, fayda vermədi. Rəqibləri hücumumuzla təəccübləmdirməliyik. Çox çətin qrupumuz var. Penalti həmişə qol şansıdı. Lakin biz istifadə edə bilmədik. Lionel Messinin oyununu dəyərləndirmək üçün vaxt lazımdı. İslandiya müdafiədə oynayıb, hər futbolçumuzu bağlamışdı”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək