Son dünya çempionu Almaniya DÇ-2018-ə məğlubiyyətlə başlayıb. Apasport.az saytının məlumatına görə, Bundestim Meksikaya uduzub.
İlk yarıda qapısında qol görən Yoahim Lövün yetirmələri sonuncu dəfə 20 il öncə bacardığını gerçəkləşdirməli idi.
Almaniya DÇ çərçivəsində keçirdiyi oyunlarda sonuncu dəfə 20 il əvvəl rəqibin hesabı açdığı matçda qələbə qazanıb. Bu, Fransada keçirilən DÇ-1998-də gerçəkləşib.
Maraqlıdı ki, onda Bundestim məhz bu gün qarşılaşdığı Meksika ilə matçda dönüş yaradıb. Şimali amerikalılar fasilədən sonra hesabı açsa da, Almaniya yığması 2:1 hesabı ilə qələbə qazanmışdı.
1/8 finalda dönüş yaradan almaniyalılar 20 il sonra qrupda eyni uğuru təkrarlaya bilməyib.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək