ÇL: Koxalskinin üç seyvi günün ən yaxşı qurtarışları sırasında yer alıb - VİDEO
26.11.2025 - 10:19
"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.
0
0