AVRO-2020-ni qəbul edəcək şəhərlər arasında ən çox diqqət çəkən 3 yerdən biri Bakıdır.
Apasport.az saytının məlumatına görə, turistlərin maraq dairəsində olan şəhərlərlə bağlı aparılan araşdırma nəticəsində Bakı, Buxarest və Bilbaonu gəzmək istəyənlərin sayının daha çox olduğu müəyyənləşib.
Futbolsevərlərin internet saytlarında bu 3 şəhərin müxtəlif əraziləri, məskunlaşmaq üçün məkanları ilə bağlı axtarışı ötən illə müqayisədə 150 faiz artıb. Ümumilikdə turnirin ev sahibi ölkələrində məkan axtarışlarında ötən illə müqayisədə 43 faiz artım müşayiət edilib.
Avropa çempionatı vaxtı xaricə çıxmağa ən çox meyilli olan ölkə vətəndaşları isə fransızlardır. Fransa əhalisinin yarıdan çoxu həmin ərəfədə digər ölkələri gəzmək arzusundadır. Onlarla yanaşı, AVRO-2020 həyəcanını fərqli ölkələrdə yaşamaq istəyənlər arasında ingilislər, ruslar və almanlar da çoxluq təşkil edirlər.
Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 oyunu (13 iyun: Uels – İsveçrə, 17 iyun: Türkiyə - Uels, 21 iyun: İsveçrə - Türkiyə) Bakıda keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib