Danimarka millisinin Bakıya gələcək heyəti açıqlanıb
08.01.2026 - 15:14
Bakıda Azərbaycan futzal millisi ilə qarşılaşacaq Danimarka yığmasının heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, rəqibin baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib: Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Mohammed Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuçs-Kristiansen, Kornelius Ambek-Noqgaard.
Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri yanvarın 22-si və 24-də Bakı İdman Sarayında baş tutacaq.
0
0