Rusiyada keçirilən dünya çempionatında ilk dəfə qolsuz bərabərlik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, C qrupu çərçivəsində baş tutan Danimarka – Fransa matçında qapılara top vurulmayıb.
Bununla mundiallar tarixində yeni rekord rəsmiləşib. Belə ki, buna qədər keçirilən 36 görüşün hamısında qol vurmaq mümkün olmuşdu. Sonuncu dəfə ardıcıl ən çox oyunda qol vurulan turnir 1954-cü ildəki dünya çempionatına təsadüf edirdi. İsveçrədəki həmin mundialın ardıcıl 26 görüşündə azarkeşlər qol izləyə bilmişdilər.
DÇ-2018-in geridə qalan 37 matçında qapılara ümumilikdə 97 qol vurulub.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək