DÇ-2018-lə 1/8 finalda vidalaşan Argentina millisində bir sıra ayrılıqlar olub. Apasport.az saytının məlumatına görə, Fransaya 3:4 hesablı məğlubiyyətlə evə dönməyə məcbur olan “tanqoçular” gözlənildiyi kimi baş məşqçi ilə vidalaşıb.
Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib. 58 yaşlı mütəxəssis bu barədə məlumatlandırılıb.
Ayrılıq tək baş məşqçi ilə yekunlaşmayıb. Belə ki, Fransaya məğlubiyyətdən sonra futbolçular Lukas Biliya və Xavyer Maskerano da Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.
Qeyd edək ki, Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək