“Mən axmağam”. Apasport.az saytının məlumatına görə, bunu Mərakeş millisinin futbolçusu Aziz Buhadduz deyib.
Almaniyanın “Sankt-Pauli” klubunun hücumçusu dünya çempionatında İranla oyununu dəyərləndirib. 90+4-cü dəqiqədə avtoqol sahibi olan və bununla da komandası 0:1 hesabı ilə uduzan Buhadduz qapıları səhv salmasına üzüldüyünü deyib: “Amma bu çətin durumun öhdəsindən gələcəyəm. Çünki neçə ildi futboldayam. Əlbəttə, komanda yoldaşlarım məni dəstəklədi. Hazırda biz birləşməli və davam etməliyik”.
Qeyd edək ki, B qrupunda yer alan Mərakeş növbəti matçını iyunun 20-də Portuqaliyaya qarşı keçirəcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək