[b]DÇ-2018: Bilet alverçisi cərimələndi [/b]
04.07.2018 - 18:17
[b]DÇ-2018: Bilet alverçisi cərimələndi
[/b]

Argentinalı azarkeş Raul Surqbrixen bilet satışı ilə məşğul olduğu üçün məsuliyyətə cəlb olunub. Apasport.az saytının “İnterfaks”a istinadən məlumatına görə, Sankt-Peterburq məhkəməsi onun haqqında yekun qərar verib.

 

Raul Surqbrixen 543 min rubl dəyərində cərimələnib. Məlumata görə, argentinalı fanat 1/8 final matçı üçün nəzərdə tutulan iki biletin hərəsini 31 min rubla satmağa çalışarkən yaxalanıb.

 

Qeyd edək ki, daha öncə iki argentinalı azarkeş Rusiyada drondan istifadə etdiyinə görə saxlanılmışdı.